Bu il ABŞ-da 40 kütləvi atışma olub

   Bu il ABŞ-da 40 kütləvi atışma olub
  25 Yanvar 2023    Oxunub:693
2023-cü ilin əvvəlindən ABŞ-da 40 kütləvi atışma olub.
Bu barədə Amerikanın Gun Violence Archive tədqiqat təşkilatı məlumat yayıb. Hadisələr ABŞ-ın 18 müxtəlif ştatda baş verib. Bu, 2014-cü ildən bəri ən yüksək göstəricilərdir. Belə ki, yanvarın 24-də Yakima şəhərində (Vaşinqton ştatı) atışma nəticəsində 3 nəfər, yanvarın 22-də Monterey şəhərində (Kaliforniya) 11 nəfər həlak olub.

Qeyd edək ki, ötən il ABŞ-da baş verən atışmalarda 1 600-ü uşaq olmaqla 43 600 nəfər həlak olub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti