İrəvan bir ildir başsız qalan kəşfiyyata rəhbər tapdı

   İrəvan bir ildir başsız qalan kəşfiyyata rəhbər tapdı
  25 Yanvar 2023    Oxunub:1245
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinə yeni rəhbər təyin edilib.
AzVision.az xəbər verir ki, bununla bağlı Ermənistan prezidenti Vaaqn Xaçaturyan müvafiq fərman imzalayıb. Məlumata görə yeni rəhbər Baş Kəşfiyyat İdarəsinin rəis müavini, polkovnik Samvel Movsisyan olacaq. O, həmçinin Baş Qərargah rəisinin müavini təyin edilib.

Digər qərarla isə Baş Qərargah rəisinin müavini Arakel Martikyan vəzifəsindən azad edilib.

Xatırladaq ki, Ermənistanda bir ilə yaxın idi ki, kəşfiyyat idarəsi başsız idi. Bundan əvvəl Silahlı Qüvvələrin Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi 2021-ci ilin avqustundan 2022-ci ilin fevralınadək bu vəzifədə çalışmış general-mayor Arayik Arutyunyan olub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti