20 ştat Baydenin miqrasiya siyasətinə qarşı

   20 ştat Baydenin miqrasiya siyasətinə qarşı
  25 Yanvar 2023    Oxunub:1121
ABŞ-da respublikaçıların nəzarətində olan 20 ştatının hakimiyyət orqanları federal hakimdən mühacirlərə yardım proqramını dayandırmağı tələb edib.
Ştatlar ABŞ Prezidenti Co Baydenin miqrasiya siyasətinə qarşı çıxır. Yerli hakimiyyət orqanları hesab edirlər ki, prezident administrasiyası müvafiq proqramı reallaşdırmadan öncə ictimai fikri öyrənməli idi.

Prezidentin yeni kursu çərçivəsində qəbul olunan qərara əsasən, Venesuela, Haiti, Nikaraqua və Kubadan hər ay 30 minə qədər mühacir iki il müddətinə ABŞ-a gələ və burada işləyə bilər.

Sərhəd xidmətinin məlumatına görə, Co Baydenin prezident olduğu 2021-ci ildən bəri Birləşmiş Ştatların cənub sərhədlərini beş milyona yaxın mühacir keçib.

AzVision.az


Teqlər:





Xəbər lenti