Türkiyə seçkilərə qədər İsveçin NATO-ya daxil olmasını dəstəkləməyəcək

  Türkiyə seçkilərə qədər İsveçin NATO-ya daxil olmasını dəstəkləməyəcək
  25 Yanvar 2023    Oxunub:743
Türkiyə hakimiyyətinin ən azı mayın 14-də keçiriləcək prezident seçkilərinə qədər İsveçin NATO-ya üzvlüyü ilə bağlı mövqeyini dəyişməsini gözləmək lazım deyil.
Bu barədə Türkiyənin “Hürriyet” nəşri öz mənbələrinə istinadən xəbər verib. Türkiyə nəşri qeyd edib ki, yanvarın 21-də isveçli sağçı siyasətçi Rasmus Palidan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında nümayişkaranə şəkildə Quranı yandırdıqdan sonra İsveç NATO-ya qoşulmaqda ABŞ və digər NATO ölkələrinin dəstəyinə arxalanmamalıdır.

İsveçin NATO-ya üzvlük ərizəsinin Türkiyə parlamenti tərəfindən ratifikasiyası perspektivi tamamilə İsveçin Türkiyə ilə terrorizmlə mübarizə və ikitərəfli münasibətlərin normallaşdırılmasına dair imzaladığı memorandumun icrasından, yəni PKK terror təşkilatınını dəstəkləməkdən imtina etməsindən asılı olacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti