Qatarda insanlara bıçaqla hücum olub, ölənlər və yaralılar var

   Qatarda insanlara bıçaqla hücum olub, ölənlər və yaralılar var
  25 Yanvar 2023    Oxunub:724
Almaniyanın şimalında şəhərətrafı qatarda bıçaqlı hücum nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Bu barədə DPA agentliyi Şlezviq-Holşteyn federal torpaqların daxili işlər nazirliyinin rəhbəri Sabine Sütterlin-Vakka istinadən məlumat yayıb.

Onun sözlərinə görə, qatar Kiel şəhərindən Hamburqa gedib və faktla bağlı həbs edilən var.

Qeyd olunub ki, hücum qatarın Ştayunburq rayonundakı Brokştedt stansiyasına çatmasından az əvvəl baş verib.

Hazırda daha bir nəfərin vəziyyəti ağırdır. Nəşrin məlumatına görə, hadisəni törədən şəxs Suriya əsilli olub. Polis onu Brokştedtdə saxlayıb. Cinayətin motivləri hələ də bəlli deyil.


Teqlər:





Xəbər lenti