Azərbaycanlı ailəni qətlə yetirən sahibkar: 23 il iş aldı, indi Antalyada dincəlir
![Azərbaycanlı ailəni qətlə yetirən sahibkar: 23 il iş aldı, indi Antalyada dincəlir
Azərbaycanlı ailəni qətlə yetirən sahibkar: 23 il iş aldı, indi Antalyada dincəlir](https://azvision.az/photos/2023/01/1674674910.jpg)
AzVision.az -ın məlumatına görə, Stavropol şəhərində isə həmin qətli həyata keçirən şəxs - Aleksandr Zotov ələ keçirilib. O, bu qətli reallaşdırmaq üçün 10 min dollar pul aldığını etiraf edir.
Tyutin dindirilmə zamanı etdiyi əməlləri boynuna alıb.
Əslində Tyutin başqa bir cinayətə görə ələ keçirilmişdir. O, həyat yoldaşının qardaşını qətlə yetirdikdən sonra polis tərəfindən yaxalanmışdır. Qətlin səbəbi isə onun əmlakını ələ keçirmək istəyi olmuşdur.
2021-ci ildə Tyutin törətdiyi cinayətlərə görə, 23 il həbs cəzası aldı. O, həbsdə çox qalmadı. Ukrayna-Rusiya müharibəsi başlayanda “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Priqojin çağırışı ilə savaşa gedən məşhurlardan biri olub. Həmin vaxt Tyutinin 66 yaşı var idi. Və o, səfərbərlik üçün çox yaxşı sayılırdı. Buna baxmayaraq, o, “Vaqner”ə qoşuldu və Ukraynada döyüşə başladı. Amma bu da uzun çəkmədi. Keçən ilin dekabrında Tyutin cəbhəni tərk etdi, Peterburqa yollandı. Oradan isə həyat yoldaşı ilə birlikdə Antalyaya uçdu. Bəli, düz tapdınız, istirahətə. Artıq bir həftədir ki, Tyutin Antalyanın 5 ulduzlu otellərinin birində dincəlir. Deyilənə görə, onun Aralıq dənizi sahillərində mülkü də var. Ola bilər ki, heç dala qayıtmasın.(lent.az)
Teqlər: