ABŞ-ın keçmiş vitse-prezidenti də məxfi sənədləri özündə saxlayıb

 ABŞ-ın keçmiş vitse-prezidenti də məxfi sənədləri özündə saxlayıb
  26 Yanvar 2023    Oxunub:816
Keçən həftə ABŞ-ın keçmiş vitse-prezidenti Maykl Pensin İndiana ştatının Karmel şəhərindəki evində aşkar edilən məxfi sənədlərdə onun xarici səfərləri zamanı lazım olan məlumatlar olub.
Bu barədə mənbələrə istinadən CNN məlumat yayıb. Qeyd olunub ki, faktiki olaraq sənədlər Pensin səyahət fayllarının içərisində saxlanılıb. Lakin tapılan sənədlərdə yüksək məxfi məlumatlarla sənədləri qeyd etmək üçün istifadə edilən SCI və SAP nişanları olmayıb.

Bundan əvvəl Ədliyyə Nazirliyinin əməkdaşları ABŞ Prezidenti Cozef Baydenin Delaver ştatının Vilminqton şəhərindəki evinə baxış keçirərkən məxfi sənədlər toplusu aşkar etmişdilər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti