3 min ördəyi məhv edəcəklər

3 min ördəyi məhv edəcəklər
  26 Yanvar 2023    Oxunub:607
Yaponiyanın Sayama prefekturasında yeni quş qripi epidemiyası qeydə alınıb. xəbər verir ki, yerli administrasiya artıq 3 minə yaxın ördəyin məhv edilməsi prosesinə başlanıldığını deyib.
"Dünən Qyoda şəhərindəki quşçuluq fermasında şübhəli hallar aşkarlanıb. Bu gün ətraflı yoxlama nəticəsində yüksək patogenli quş qripinə yoluxma faktı təsdiqlənib”, - məlumatda deyilir.

Qeyd edilir ki, təsərrüfatın yerləşdiyi əraziyə yaxın, yəni üç kilometr radiusda quşların daşınması, onlardan istifadəyə dair karantin tətbiq edilib. Təsərrüfatda və texnikada dezinfeksiya işlərinin yanvarın 29-dək başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, epidemiya ilə bağlı bu mövsüm Yaponiyada öldürülən quşların sayı 11 milyona yaxınlaşır. Bu isə antirekord sayılır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Yaponiya  





Xəbər lenti