Mütəxəssislərdən xəbərdarlıq: "Süni intellekt hamını öldürə bilər"

      Mütəxəssislərdən xəbərdarlıq:    "Süni intellekt hamını öldürə bilər"
  26 Yanvar 2023    Oxunub:1108
Qabaqcıl süni intellekt (Aİ-Artificial intelligence) hamını məhv edə bilər. Bu sahə də nüvə silahları kimi tənzimlənməlidir.
AzVision.az xəbər verir ki, bu barədə "Telegraph" nəşri məlumat yayıb. Sayt məlum istiqamətdə araşdırma aparan ekspertlərə istinad edib.

Oksford Universitetinin tədqiqatçıları hesab edirlər ki, qabaqcıl süni intellekt məqsədlərinə nəzərdə tutulduğundan başqa yollarla nail olmağı öyrənərsə, o öz proqramlaşdırmasına nəzarət edə bilər.

“Fövqəlbəşər süni intellekt hər kəsi öldürə bilən başqa bir siniflə, xüsusi risklə gəlir. Təsəvvür edin ki, itə şirniyyat yedizdirməklə təlim keçirilir. O, şirniyyatı əldə etməyə səbəb olacaq hərəkətləri öyrənməyə başlayacaq. Amma əgər it şirniyyatlarla dolu şkafı taparsa, ondan tələb olunan davranışları sərgiləmədən özü yemək əldə edə biləcək", - Maykl Koen deyib.

O xüsusi olaraq vurğulayıb ki, "cin şüşədən çıxandan sonra" prosesləri dayandırmaq çətin olacaq: "Əgər mən bir məkrli planı həyata keçirməyə çalışan süni intellekt olsaydım, kodumu heç kimin bilmədiyi başqa bir maşına köçürərdim. Hansı ki, məni söndürmək də daha çətin olardı."

Mütəxəssislər onu da xüsusi olaraq vurğulayıblar ki, süni intellektin inkişafı hərbi sahədə, silahlanma yarışının gücləndiyi dövrdə baş verir. Ölkələr indi daha çox hərbi üstünlüklər əldə etmək üçün təhlükəli dərəcədə təkmilləşdirilmiş maşın alqoritmləri yaratmaq üçün rəqabət aparırlar.

Onlar şirkətlərin əvvəlcə rəqabəti aradan qaldıra biləcək, lakin nəticədə bütün bəşəriyyəti məhv edəcək nəzarətsiz sistemlər yaratmasının qarşısını almaq üçün qlobal tənzimləmə sisteminin yaradılmasına çağırıblar. Qeyd edilir ki, süni intellektin nə qədər uzağa gedə biləcəyi ilə bağlı heç bir məhdudiyyət yoxdur.
Tural Tağıyev
AzVision.az





Teqlər:





Xəbər lenti