Fransa rəsmilərindən daha bir erməni sevdası

   Fransa rəsmilərindən daha bir  erməni sevdası
  26 Yanvar 2023    Oxunub:795
Fransanın daxili işlər naziri Jerald Darmanen Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) nümayəndələri ilə şam yeməyi edib.
O, məclisdə deyib ki, “Ermənistanın əleyhdarları Fransanın əleyhdarları sayılır”.
AzVision.az xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı keçmiş səfiri Conatan Lakot Twitter səhifəsində məlumat yayıb.

Xatırladaq ki, bir neçə gün öncə CCAF nümayəndələri Murad Papazyan və Ara Toranyan Fransa prezidenti Emmanuel Makronla görüşmüşdülər . Onlar Ermənistan və Xankəndidəki qondarma rejimin "təhlükəsizlik" məsələlərini müzakirə etməklə Azərbaycana qarşı təxribat xarakterli addımlar atmışdılar.
Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Fransa  





Xəbər lenti