Pakistan ABŞ-dan kömək istəyir

   Pakistan ABŞ-dan kömək istəyir
  26 Yanvar 2023    Oxunub:750
Pakistanın federal maliyyə naziri İshaq Dar ABŞ maliyyə nazirinin Asiya üzrə köməkçisinin müavini Robert Kaprot ilə görüşdə bildirib ki, İslamabadın Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbərliyi ilə danışıqlarda Vaşinqtonun köməyinə ehtiyacı var.
Bu barədə “The News” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Pakistan hökuməti ölkəni defoltdan xilas etmək üçün son çarə adlandırılan BVF-dən maliyyə yardımı almağa çalışır. Lakin ölkənin məzənnənin tənzimlənməsinə yanaşması səbəbindən İslamabadla fond arasında ziddiyyətlər yaranıb.

Pakistanın baş naziri Şehbaz Şərif növbəti 1 milyard dollar tranş almaq üçün ölkə hakimiyyətinin BVF-nin tələblərini yerinə yetirməyə hazır olmasından danışıb.Lakin Fond İslamabad yanacaq və elektrik enerjisi üçün subsidiyaları ləğv edənə qədər pul köçürməkdən imtina edib. Bununla bağlı maliyyə naziri Amerika tərəfindən diplomatik yardım göstərməyi xahiş edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti