Sevgilisini öldürüb cəsədini çamadanda gizlətdi

Sevgilisini öldürüb cəsədini çamadanda gizlətdi
  26 Yanvar 2023    Oxunub:658
Panamada Kolumbiyada sevgilisini öldürərək sərhədi keçməyə cəhd edən amerikalı turist saxlanılıb.
Bu barədə Daily Mail məlumat yayıb. Nəşrin məlumatına görə, "DJ" kimi çalışan qız Boqotadakı məclisdə amerikalı oğlanla tanış olub. Bundan sonra onlar görüşməyə başlayıblar. Bir neçə ay sonra gənclər evlənməyi planlaşdırdıqları üçün birlikdə yaşayıb.

Cütlüyü sonuncu dəfə onu kluba aparan taksi sürücüsü görüb. Kişinin ifadəsinə görə, yanvarın 21-də qız ona “Kömək et, təhlükədəyəm” yazılan telefonu göstərib. Ancaq daha sonra bir amerikalı ona hər şeyin qaydasında olduğunu söyləyib.

Yanvarın 22-də evsiz kişi zibil qutusunda içərisində qadının cəsədi olan çamadan tapıb. Ekspertizanın nəticəsinə görə, o, kəndirlə boğularaq öldürülüb. İki gün sonra qatil amerikalı Panama hava limanında saxlanılıb, o, başqa ölkəyə getməyə cəhd edib. Amerikalı hazırda Kolumbiyaya ekstradisiyasını gözləyir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti