Müharibə Çinə düşdü: Rusiya mallarını su qiymətinə alır

      Müharibə Çinə düşdü:    Rusiya mallarını su qiymətinə alır
  26 Yanvar 2023    Oxunub:784
Ukraynada hərbi əməliyyat başlayandan sonra Qərb ölkələri Rusiyaya qarşı bir neçə sanksiya tətbiq edib. Nəticədə 2022-ci ilin yanvar-noyabr ayları arasında Avropa ilə ticarət həcmi 34,6% azalıb. Ona görə də Rusiya tərəfi Çinlə fəal əməkdaşlığa başlayıb.
Bu barədə “JB Press” məlumat yayıb. Nəşrin məlumatına görə, Çinin Rusiyadan idxalının 77,8 faizini “mineral məhsullar” adlandırılan məhsullar təşkil edib. Xüsusən də Çin nefti yaxşı endirimlə alır.

Məqalə müəllifləri hesab edirdilər ki, gələcəkdə Rusiya ilə Çin arasında ticarətin həcmi, xüsusən də Rusiya tərəfdən yanacaq tədarükünün artması hesabına yüksələcək. Rusiyaya çatdırılmalara gəlincə, onlar iqtisadi amillərdən asılı olacaq. Belə ki, Çin 2022-ci ildə Rusiyanın əsas ticarət tərəfdaşı olub. Moskva ilə Pekin arasında ticarət dövriyyəsi 28% artıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti