Finlandiyada rekord ölüm qeydə alınıb

   Finlandiyada rekord ölüm qeydə alınıb
  26 Yanvar 2023    Oxunub:779
Keçən il Finlandiyada doğum səviyyəsi son 165 ildə ən aşağı səviyyəyə düşüb. Ölüm nisbəti isə 1940-cı illərdən bəri rekord həddə çatıb.
Bu barədə ölkənin statistika idarəsi məlumat yayıb. Qeyd olunub ki, miqrasiya ilə əlaqədar ölkədə əhalinin sayı artıb. Hesabata görə, 2022-ci ildə ümumilikdə 62 886 fin ölüb ki, bu da 2021-ci ildən 5 227 nəfər çoxdur.

Eyni zamanda, qeydə alınan doğuşların sayı 150 ildən çox müddətdə ən aşağı göstərici olub və bir il əvvəllə müqayisədə 4661 nəfər azalaraq 44 933 nəfər olub. Ekspertlər vurğulayıblar ki, son bir ildə Finlandiya əhalisi miqrasiya artımı hesabına 17 278 nəfər artıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti