Avropa Komissiyası 6 ölkəni məhkəməyə verib

 Avropa Komissiyası 6 ölkəni məhkəməyə verib
  26 Yanvar 2023    Oxunub:663
Avropa Komissiyası 6 ölkəni - Belçika, İrlandiya, Yunanıstan, İtaliya, Latviya və Portuqaliyanı invaziv yad bitki və heyvan növlərinin yayılmasının qarşısının alınmasının öhdəsindən gələ bilməməsində ittiham edərək məhkəməyə müraciət edib.
AzVision.az xəbər verir ki, bu barədə Avropa İttifaqının ali icraedici orqanının mətbuat xidmətindən məlumat verilib.

Hesabatda izah edilir ki, invaziv flora və fauna antropogen müdaxilə nəticəsində qeyri-təbii yaşayış mühitinə düşən növlər hesab olunur. Bu, Avropada biomüxtəlifliyin azalmasının əsas səbəblərindən biri hesab olunur.

"Aİ üzvləri bu cür növlərin yayılmasının qarşısını almaq üçün təsirli tədbirlər görməlidir", - bəyanatda deyilir.

AK-nın məlumatına görə, adları qeyd edilən ölkələr bu problemin həlli üçün fəaliyyət planı hazırlayıb Avropa Komissiyasına təqdim etməyiblər. Yunanıstan və Bolqarıstan invaziv növlərə nəzarət sistemi qurmayıb bunun üçün son son tarix 2018-ci ilin yanvar ayı olub.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti