Britaniya "Challenger 2" tanklarını Ukraynaya verəcəyi tarixi açıqladı

   Britaniya "Challenger 2" tanklarını Ukraynaya verəcəyi tarixi açıqladı
  26 Yanvar 2023    Oxunub:475
Böyük Britaniya "Challenger 2" tanklarını martın sonunda Ukraynaya təhvil verməyə ümid edir.
AzVision.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

“Biz bunun martın sonunda olacağını planlaşdırırıq. Həmin vaxtadək Ukrayna hərbçiləri tankların istismarı və texniki xidməti üzrə intensiv təlim keçəcəklər", - məlumatda qeyd olunub.

Xatırladaq ki, yanvarın 14-də Böyük Britaniyanın Baş naziri Rişi Sunak Prezident Volodimir Zelenski ilə telefon danışığında Ukraynaya “Challenger 2” tankları, eləcə də əlavə artilleriya sistemləri verəcəyini rəsmən təsdiqləyib.

Ukrayna ekipajları yaxın vaxtlarda Britaniyada “Challenger 2” tankları üzrə təlimlərə başlamalıdır. Hazırlıq kursunda 60-a yaxın hərbçi iştirak edəcək.

AzVision.az

Teqlər:







Xəbər lenti