"Aİ-nin missiyası Cənubi Qafqaza geosiyasi qarşıdurma gətirə bilər" - Rusiya XİN

  "Aİ-nin missiyası Cənubi Qafqaza geosiyasi qarşıdurma gətirə bilər" -    Rusiya XİN
  26 Yanvar 2023    Oxunub:1086
Avropa İttifaqı müşahidəçilərinin peyda olması Cənubi Qafqaz regionuna geosiyasi qarşıdurma gətirə bilər.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya XİN-in Ermənistanın sərhədyanı rayonlarında Avropa İttifaqının mülki monitorinq missiyasının yaradılması ilə bağlı şərhində bildirilib.

“ABŞ və NATO-nun əlavəsinə çevrilmiş, MDB məkanında qarşıdurma siyasəti yürüdən Avropa İttifaqı nümayəndələrinin Ermənistanın sərhədyanı rayonlarında peyda olması regiona yalnız geosiyasi qarşıdurma Aİ missiyasının elan edilmiş mülki mahiyyəti də yanıltıcı olmamalıdır - o, Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində formalaşır və bütün bundan irəli gələn nəticələrə malikdir", - Nazirliyin saytında yerləşdirilən mesajda deyilir.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Avropa İttifaqının nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənmək, Rusiyanın vasitəçilik səylərini geri çəkmək cəhdləri ermənilərin və azərbaycanlıların regionun sülh yolu ilə inkişafına qayıtmaq istəklərində köklü maraqlarına zərbə vurmağa qadirdir.

"Yaxın gələcək üçün regionda sabitlik və təhlükəsizliyin əsas amili Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatı əsasında yerləşdirilən sülhməramlı kontingent, eləcə də Ermənistan sərhədlərində xidmət edən rus sərhədçiləridir. Onlar vəziyyətin inkişafını nəzərə alaraq Aİ müşahidəçilərinin davranışına reaksiya verəcəklər", - Rusiya XİN əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edir ki, İrəvanda KTMT missiyasının istiqaməti üzrə işi məntiqi nəticəyə gətirmədən Aİ-nin xeyrinə seçim etməyə üstünlük veriblər. Bəyanatda deyilir ki, əgər erməni müttəfiqləri KTMT-nin potensialından istifadə etməkdə maraqlı olsalar, onun missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti