Bayden fevralda Avropaya səfər edə bilər
Baydenin Avropaya səfəri Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasının ildönümünə təsadüf edə bilər. Eyni zamanda, Amerika liderinin hansı Avropa ölkələrinə səfər etməyi planlaşdırdığı və Ukraynaya səfər edib-etməyəcəyi məlum deyil.
Qeyd edək ki, sentyabrın 9-da ABŞ dövlət katibi Entoni Blinken elan olunmamış səfərlə Kiyevə gəlib. Ukraynanın paytaxtında o, ABŞ-ın Avropaya iki milyard dollarlıq hərbi yardım ayırdığını bəyan edib. Səfər zamanı Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə yarım saata yaxın danışıb.
AzVision.az
Teqlər: