KİV: "ABŞ Ukraynaya zirehsiz tanklar göndərəcək"

      KİV:    "ABŞ Ukraynaya zirehsiz tanklar göndərəcək"
  26 Yanvar 2023    Oxunub:609
ABŞ Ukraynaya M1A2 Abrams tanklarının təkmilləşdirilmiş variantını “ixrac” formasında göndərməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Lakin Ukraynaya göndərilməsi planlaşdırılan 31 "Abram"da tankın yeni versiyasını “belə ölümcül” edən gizli zirehlər yer almayacaq. Qəzetin mənbələri qeyd edir ki, federal siyasət "Abrams"ın tərkibində tükənmiş uran olan məxfi zireh dəstləri ilə ixracını qadağan edir. Bu tanklar başqa ölkələrə satılmazdan əvvəl gizli avadanlıqlarından təmizlənir.

Tankın "Abrams A2" versiyası ABŞ ordusunun yaxın bir neçə ildə istismardan çıxarmaq niyyətində olduğu köhnə A1 versiyasından daha yaxşı optika və idarəetmə vasitələrinə malikdir. Döyüş maşınının yeni informasiya sistemi tanklar arasında davamlı və avtomatik məlumat mübadiləsi aparmağa imkan verir. Maşının komandaları həmçinin müttəfiqlərin yerini tez bir zamanda izləyə, düşmən mövqelərini təyin edə və artilleriya tələblərini icra edə bilər.



"Abrams" tankları yalnız bir yerdə - Ohayo ştatının Lima şəhərində yerləşən "General Dynamics" dövlət zavodunda yığılır. Zavod ayda 12 tank istehsal edə bilər. "Politico"nun məlumatına görə, hazırda zavod Tayvan və Polşa üçün sifarişlərin yerinə yetiriılməsi ilə məşğuldur.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Ukraynaya "M1 Abrams" tanklarından ibarət bir batalyon köçürəcəyini bildirmişdi.

AzVision.az

Teqlər:







Xəbər lenti