Məktəbə naməlum qaz buraxan erməni 12 uşağı xəstəxanalıq etdi

  Məktəbə naməlum qaz buraxan erməni    12 uşağı xəstəxanalıq etdi
  27 Yanvar 2023    Oxunub:714
Ermənistanda kütləvi zəhərlənmə hadisəsi baş verib. AzVision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, Hrazdan şəhərində 12 uşaq naməlum qazdan zəhərlənib.

"11 saylı məktəbdə şagirdlərdən biri naməlum qazdan istifadə edib və bundan sonra 9-14 yaşlı 12 uşağın vəziyyəti kəskin pisləşib. Onlar Hrazdan tibb məntəqəsinə aparılıblar. Zərərçəkənlərdən 4-ü artıq evə buraxılıb, qalanların vəziyyəti qənaətbəxş qiymətləndirilir", - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Məktəb   Qaz  





Xəbər lenti