Ukrayna KİV-ləri səfirliyə hücumla bağlı xəbərlərdən yazdı

Ukrayna KİV-ləri səfirliyə hücumla bağlı xəbərlərdən yazdı
  28 Yanvar 2023    Oxunub:522
Ukraynanın nüfuzlu kütləvi informasiya vasitələri yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumla bağlı məlumatlara geniş yer ayırıb.
“Ukrinform”, “UNİAN”, “Gordon”, “TCN”, “Korrespondent” və digər mətbu orqanlar Azərbaycanın Xarici İşlər Nazirliyinin məlumatlarına istinad edərək xəbərlər yayıb, hadisə ilə bağlı səfirliyin müşahidə kameralarının videogörüntüləri paylaşılıb. S ilahlı hücum nəticəsində səfirliyin mühafizə əməkdaşlarından birinin həlak olduğu, iki nəfərin isə yaralandığı bildirilib.

Məlumatlarda, həmçinin səfirlik əməkdaşlarının İrandan təxliyə edildiyi də vurğulanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti