Azərbaycanın İrandakı səfirliyinə terror hücumu beynəlxalq mediada - FOTOLAR

   Azərbaycanın İrandakı səfirliyinə terror hücumu beynəlxalq mediada -    FOTOLAR
  28 Yanvar 2023    Oxunub:916
Dünən Azərbaycanın İrandakı səfirliyinə törədilən terror aktı beynəlxalq medianın da diqqət mərkəzində olub. Müxtəlif ölkələrin nəşrlərində silahlı hücumla bağlı xəbərlərə geniş yer verilib.
AzVision.az xəbər verir ki, ağır və qanlı terror aktına qarşı Türkiyə ictimaiyyətinin genişmiqyaslı etirazları davam etməkdədir.

Qardaş ölkənin Milliyet.tv, TrtHaber.com, Haber7.com, Cnnturk.com, Sabah.com, Ntv.com, Ensonhaber.com, Haberglobal.com, Takvim.com, AHaber.com, AA.com, Posta.com, Hürriyet.com, Cümhuriyet.com, Yenisafak.com kimi bir çox informasiya portallarında, televiziya kanallarında Azərbaycana qarşı törədilən terror aktının səbəb və məqsədlərindən bəhs edən çoxsaylı məlumatlar yer alıb.





Ukrayna KİV-ləri - “Ukrinform”, “UNİAN”, “Gordon”, “TCN”, “Korrespondent” və digər mətbu orqanlar Azərbaycanın Xarici İşlər Nazirliyinin məlumatlarına istinad edərək xəbərlər yayıb, hadisə ilə bağlı səfirliyin müşahidə kameralarının videogörüntüləri paylaşılıb.



Gürcüstan KİV-dən Kavkasia.net, palitranews.ge, gaxa.ge, 24news.ge, interpree.ge, aktual.ge, newsday.ge, interpressnews.ge informasiya portalları, 1tv.ge və digər televiziya kanalları terror aktı ilə bağlı Azərbaycan, rus, ingilis, gürcü dillərində materiallar yayıblar.



Moldovanın nüfuzlu kütləvi informasiya vasitələri - “Noi”, “Point”, “Timpul”, “10TV” və digər mətbu orqanlarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin hadisə ilə bağlı tviterdəki paylaşımı, Azərbaycanın Xarici İşlər Nazirliyinin məlumatları yer alıb.

Rumın və rus dillərində dərc olunan məqalələrdə hadisə ilə bağlı səfirliyin müşahidə kameralarının videogörüntüləri də paylaşılıb. Silahlı hücum nəticəsində səfirliyin mühafizə əməkdaşlarından birinin həlak olduğu, iki nəfərin isə yaralandığı bildirilib.



AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti