"Moskva və Tehranın Cənubi Qafqaz regionunda fəallığı təşviş doğurur" - Karen Donfrid

   "Moskva və Tehranın Cənubi Qafqaz regionunda fəallığı təşviş doğurur" -    Karen Donfrid
  28 Yanvar 2023    Oxunub:930
Moskva və Tehranın Cənubi Qafqaz regionunda fəallığı təşviş doğurur.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Karen Donfrid “Amerikanın səsi” radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhməramlıları konstruktiv rol oynamır, İran isə Cənubi Qafqazda siyasi, hərbi və iqtisadi rolunu fəal şəkildə genişləndirməyə çalışır.

"Bu qorxular son bir ildə Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə ilə bağlı daha da güclənib", deyən Karen Donfried Rusiya və İranın regional fəaliyyətinin Ermənistan-Azərbaycan sülh prosesinə daha da böyük əhəmiyyət verməli olduğunu vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti