Yerusəlimdə atışma olub, iki nəfər yaralanıb

Yerusəlimdə atışma olub,    iki nəfər yaralanıb
  28 Yanvar 2023    Oxunub:540
İsraildə Şərqi Yerusəlimin David şəhərində bu gün atışma baş verib və nəticədə iki nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Nəşr qeyd edib ki, insindent şəhərin turistlər arasında məşhur olan və arxeoloji qazıntılar aparılan hissəsində baş verib. Hadisə yerinə gələn polis atəş açan şəxsi zərərsizləşdirib.

Xatırladaq ki, dünən İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum olub və nəticədə 7 nəfər ölüb.

AzVision.az



Teqlər:





Xəbər lenti