Bayraktar: "Gələcəyin savaşında inqilab olacaq"

      Bayraktar:  "Gələcəyin savaşında inqilab olacaq"
  28 Yanvar 2023    Oxunub:746
“Türk ordusu pilotsuz uçuş aparatları (PUA) ilə ilk qələbəni Qarabağda qazanıb. Müharibə bitəndən sonra Azərbaycan Prezidenti İlham Əliyev məni “Qarabağ” medalı ilə təltif edib”.
AzVision.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar “Türkiyə əsri”nin toplantıları çərçivəsində çıxışında deyib.

O bildirib ki, “Bayraktar” dünya tarixində artıq iz buraxıb: “Bu PUA 28 ölkəyə ixrac edilib. Bizdən “Kızıl elma”dan sonra hansı PUA-nın istehsal olunacağı barədə soruşurlar. Kosmosla bağlı araşdırmalar aparmaq təşəbbüsümüzü də ortaya qoymuşuq. 35 nəfərlik komandamız addım-addım böyüyür. 5-10 ildən sonra ölkəmizin kosmosla bağlı işlərinə ciddi dəstək verəcək uğurlara imza atacağımıza inanırıq. “Fərqani” adlı kosmosla bağlı layihəmizlə bəşəriyyətə bu məsələdə də töhfə verəcəyik”.

S.Bayraktar həmçinin xatırladıb ki, “Kızıl elma” Türkiyənin ilk pilotsuz təyyarəsidir: “Beləliklə, gələcəyin savaşında inqilab olacaq. Biz PUA istehsalında uğurlarımızı bundan sonra da davam etdirəcəyik”.

AzVision.az



Teqlər:





Xəbər lenti