Buryaçenko: "Səfirliyə hücum sivil dünyanı şoka salıb"
![Buryaçenko: "Səfirliyə hücum sivil dünyanı şoka salıb"
Buryaçenko: "Səfirliyə hücum sivil dünyanı şoka salıb"](https://azvision.az/photos/2023/01/1545326254-549-1674910247.jpg)
Onun sözlərinə görə, şəraiti nəzərə alaraq, Azərbaycan səfirliyinin işçilərinin təxliyəsi müvəqqəti, lakin Bakı tərəfindən düzgün preventiv tədbir kimi görünür. “Azərbaycanın Tehrandakı səfirliyinə hücum sivil dünyanı şoka salıb. Şübhəsiz, Azərbaycan Prezidenti İlham Əliyevin bu zorakılıq aktını, mahiyyətcə, terror aktı ehtimal etməyə və onun tezliklə lazımi araşdırmasını tələb etməyə haqqı var. Həmçinin İran tərəfindən səfirliyin işçilərinin təhlükəsizlik səviyyəsinin yaxşılaşdırılmasını və diplomatik nümayəndəliyə hücumla bağlı hadisənin təkrarlanmasının qarşısının alınması ilə bağlı bütün tədbirlərin təmin olunmasını tələb etməyə haqqı var. Proqnozlaşdıra bilərəm ki, bu hadisə İranla Azərbaycan arasında diplomatik münasibətlər səviyyəsinin müvəqqəti işlər vəkilləri səviyyəsinə düşməsinə səbəb ola bilər. Xüsusilə də, İran rəsmiləri tez bir zamanda nəticə çıxarmasa və gələcəkdə bu kimi hallar təkrarlanarsa”, - deyə Oleksiy Buryaçenko əlavə edib.
AzVision.az
Teqlər: Ukrayna İran Səfirlik Tehran