Pyotr Pavel martın 9-da and içəcək

Pyotr Pavel martın 9-da and içəcək
  28 Yanvar 2023    Oxunub:785
Çexiyanın yeni seçilmiş prezidenti Pyotr Pavelin andiçmə mərasimi martın 9-da Praqa qəsrində baş tutacaq.
AzVision.az xəbər verir ki, bu barədə Çexiya televiziyası ölkə parlamentinin Deputatlar Palatasının spikeri Marketa Pekarov-Adamova istinadən məlumat yayıb.

Qeyd edək ki, istefada olan general, NATO Hərbi Komitəsinin keçmiş rəhbəri Pyotr Pavel Çexiyada keçirilən prezident seçkilərinin ikinci turunda qələbə qazanıb. Çexiyanın Baş naziri Petr Fiala ölkədə keçirilən prezident seçkilərində Pavelin qələbəsini təsdiqləyib.

AzVision.az



Teqlər: Çexiya-Prezidenti   Andiçnə  





Xəbər lenti