İsfahanda sursat anbarına hücum edildi : Partlayış olub
"Şənbə günü axşam Müdafiə Nazirliyinin hərbi obyektlərindən birinə mini pilotsuz uçuş aparatlarından istifadə etməklə uğursuz hücum həyata keçirilib. Xoşbəxtlikdən görülən mühafizə tədbirləri sayəsində pilotsuz uçuş aparatlarından biri hava hücumundan müdafiə sistemi və digər iki qurğu tərəfindən vurulub. Hərbçilər tərəfindən ələ keçirilərək partladılıb”, - məlumatda deyilir.
Müdafiə Nazirliyi əlavə edib ki, hücum heç bir insan itkisi və ya avadanlıqların sıradan çıxması ilə nəticələnməyib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: