İran dronların hədəfində: Mollaların göyü boş imiş – VİDEOLAR

      İran dronların hədəfində:  Mollaların göyü boş imiş –    VİDEOLAR
  29 Yanvar 2023    Oxunub:4345
İranın müxtəlif yerlərində hərbi anbarlara, sursat istehsalı müəssisələrinə və aviabazalara zərbələr endirilib. Şərqi Azərbaycan əyalətinin Şəhid-Səlimi şəhərində böyük mühərrik yağı zavodunda güclü yanğın baş verib. İsfahan əyalətinin mərkəzi hissəsində yerləşən hərbi anbar və sursat istehsalı mərkəzi də pilotsuz vasitələrin hücumuna məruz qalıb.
İranın qərbindəki Dizful şəhərindəki aviabazada partlayış, Həmədan (İranın qərbi) və Rəşt (ölkənin şimalı) şəhərlərində partlayış və yanğınların baş verdiyi bildirilir.

İranın paytaxtı Tehranda partlayış səsləri eşidilir. Təyyarələr şəhərin üzərində səmaya qaldırılıb. Gilan və Kelaçay şəhərlərinin səmasında İranın döyüş təyyarələri görünüb.

İran Ordusunun Hərbi Hava Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu tam döyüş hazırlığındadır.

İranda internetin söndürüldüyü də ehtimal edilir.



Yaxın Şərq mənbələri İsrailin İrana qarşı hərbi əməliyyata başladığını bildirirər. Lakin nə İsrail hökuməti, nə də hərbçilər rəsmi olaraq belə bir açıqlama verməyiblər.

03:25: "İran müxalifətinin məlumatlarına görə, yeraltı tunel İİKK raketləri ilə birlikdə məhv edilib".

03:30: İran rəsmilərindən biri bildirib ki, saat 23:30-da İsrail İsfahan şəhərində hərbi zavodlara zərbələr endirib. Bu, İranın yüksək vəzifəli şəxslərinin ilk rəsmi bəyanatıdır və burada bunların guya İsrailin zərbələri olduğu qeyd olunur.

03:37: "İran müxalifəti iranlıları təyyarələrlə bütün uçuşları ləğv etməyə çağırır, çünki SEPAH-ın İsrailin İrandakı hərbi hədəflərə vurduğu zərbələrə cavab olaraq atəş açmağa başlaya biləcəyi ehtimalı yüksəkdir.

Samir Quliyev
AzVision.az


Teqlər: İran  





Xəbər lenti