Ərdoğan sosial mediada ən çox izlənən ikinci liderdir

   Ərdoğan sosial mediada ən çox izlənən    ikinci liderdir
  29 Yanvar 2023    Oxunub:758
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial mediada ən çox izlənən liderlərdən biridir.
AzVision.az ANSA agentliyinə istinadən xəbər verir ki, İtaliya Rəqəmsal Müşahidə Fondu “rəqəmsal müşahidə” hesabatını tərtib edib. Fond 24 dövlət və hökumət başçısının "Facebook", "Instagram" və "Twitter" sosial şəbəkələrindəki hesablarını təhlil edib.

Araşdırmaya görə, sosial mediada ən çox izlənən liderlər ABŞ prezidenti Co Bayden, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Vladimir Zelenskidir.

Rəqəmsal Müşahidə Fondunun rəsmisi Sandro Giorgetti bildirib ki, Baydenin 66 milyondan çox izləyicisi var, onu 40 milyondan çox izləyicisi ilə Ərdoğan və 27 milyon izləyicisi ilə Vladimir Zelenski izləyir.

Zelenskinin beynəlxalq izləyicilərinin sayı daha şoxdur. Ukraynadakı münaqişənin yaratdığı ictimai maraqla bağlıdır.

Digər liderlər arasında ən fəallar Braziliya prezidenti Luiz İqnasio Lula da Silva, Misir prezidenti Əbdül-Fəttah əs-Sisi və İtaliyanın baş naziri Corciya Melonidir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti