"Əla ordumuz var, sürətli və dəqiq cavab verəcəyik" - İsrailin baş naziri

Siyasətçi qeyd edib ki, İsrail münaqişəni gərginləşdirməyə çalışmır, lakin belə ssenariyə hazırdır.
Netanyahu həmçinin vətəndaşları “özbaşına mühakimə etməməyə” çağırıb. O qeyd edib ki, ölkənin əla ordusu, hökuməti və təhlükəsizlik xidmətləri var. İsrail hökumətinin başçısı deyib: "Qoy onlar öz işləri ilə məşğul olsunlar".
Yanvarın 28-də Qüdsdə atışma nəticəsində iki nəfər yaralanıb.Məlumata görə, atəş açan 13 yaşlı yeniyetmə olub.
İsrail polisi Şərqi Qüdsdə baş verən atışma hadisəsini terror aktı şübhəsi adlandırıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: