Erməni əsgər ağır güllə yarası alıb

   Erməni əsgər ağır güllə yarası alıb
  30 Yanvar 2023    Oxunub:855
Ermənistan ordusunun əsgəri ağır güllə yarası alıb. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, hadisə yanvarın 29-da baş verib.

"İlkin məlumatlara görə, N saylı hərbi hissənin hərbi qulluqçusu silahla davranış qaydalarının pozması səbəbindən güllə yarası alıb. Hərbçinin vəziyyəti son dərəcə ağır qiymətləndirilir. Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır", - məlumatda deyilir.

Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan isə Sputnik Ermənistan-a açıqlamasında deyib ki, əsgər artıq əməliyyat olunub:"Yaralı əsgər İrəvan Mərkəzi Hərbi Hospitalına çatdırılıb və əməliyyat olunub. Vəziyyəti ağır olaraq qiymətləndirilir, həkimlərin nəzarəti altındadır".

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Əsgər  





Xəbər lenti