ABŞ səfirliyi İstanbulda mümkün terror xəbərdarlığı yaydı

   ABŞ səfirliyi İstanbulda mümkün terror xəbərdarlığı yaydı
  30 Yanvar 2023    Oxunub:1508
ABŞ -ın Türkiyədəki səfirliyi mümkün terrorla bağlı xəbərdarlıq yayıb. Diplomatik missiyanın nümayəndələri belə hesab edirlər ki, terror aktları İstanbulda baş verə bilər.
“ABŞ səfirliyi vətəndaşları terrorçuların mümkün cavab hücumları ilə bağlı xəbərdar edir”, - səfirliyin yaydığı bəyanatda yazılıb.

Qeyd olunur ki, məşhur turistik yerlər, sinaqoqlar, kilsələr hücum obyektinə çevrilə bilər. Diplomatlar əlavə ediblər ki, Türkiyə rəsmiləri bu məsələləri nəzarətdə saxlayırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər: İstanbul  





Xəbər lenti