Budapeştdə Prezidentin rəsmi qarşılanma mərasimi olub
![Budapeştdə Prezidentin rəsmi qarşılanma mərasimi olub
Budapeştdə Prezidentin rəsmi qarşılanma mərasimi olub](https://azvision.az/photos/2023/01/75daa00f_850-1675067257.jpg)
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Hərbi orkestrin ifasında Azərbaycanın və Macarıstanın Dövlət himnləri səslənib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Katalin Novaka, Macarıstanın dövlət və hökumət nümayəndələri isə Prezident İlham Əliyevə təqdim edilib. Dövlət başçıları birgə foto çəkdiriblər.
Fəxri qarovul dəstəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstan Prezidenti Katalin Novakın qarşısından keçib.
AzVision.az
Teqlər: