Peskov: "Xüsusi xidmət orqanlarımız İrana hücumları təhlil edir"
![Peskov: "Xüsusi xidmət orqanlarımız İrana hücumları təhlil edir" Peskov: "Xüsusi xidmət orqanlarımız İrana hücumları təhlil edir"](https://azvision.az/photos/2023/01/dfgdfgd-1675074977.jpg)
"Əlbəttə ki, bizim xidmətimiz indi baş verənlərlə bağlı daha dolğun təsəvvür yaratmaq üçün məlumatları təhlil edir. Hər halda, suveren dövlətə qarşı yönəlmiş bu cür hərəkətlər pislənməlidir", - Kreml rəsmisi qeyd edib.
Xatırladaq ki, bundan öncə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayaraq, İranda hərbi obyektə pilotsuz təyyarənin hücumunu kəskin şəkildə pisləmişdi. Qeyd edilirdi ki, bu cür dağıdıcı hərəkətlər Yaxın Şərqdə sülh və sabitlik üçün gözlənilməz nəticələr verə bilər.
Tural Tağıyev
AzVision.az