"Kiyevə tank versək, geri dönüş olmayacaq" - Fransız general

Onun fikrincə, tankların Ukrayna Silahlı Qüvvələrinə verilməsi qərarı Fransa ordusunu silahsızlaşdıra bilər.
"Bu, geri dönüşü olmayan nöqtə olardı. Harada dayanacağıq? Bundan sonra nədən imtina etməli olacağıq?" - general qeyd edib.
Qomar onu da vurğulayıb ki, əslində "Leclerc"i göndərmək demək olar ki, mümkün deyil. Onlar 2008-ci ildən istehsal olunmur və bu tankdan Fransa ordusunda cəmi 220 ədəd var. Tankların yarısı isə Rumıniyada yerləşdirilib. Bəziləri modernləşdirilir və ya təkmilləşdirilməyə hazırlanır, qalanları isə texniki xidmətdən keçir.
Tural Tağıyev
AzVision.az