Cənubi koreyalılar ölkədə nüvə silahının olmasını istəyir

Cənubi koreyalılar ölkədə nüvə silahının olmasını istəyir
  30 Yanvar 2023    Oxunub:768
Cənubi Koreya vətəndaşlarının 70%-dən çoxu ölkədə öz nüvə silahlarının yaradılmasını dəstəkləyib.
Bu barədə, “Yonhap” agentliyinin apardığı sosioloji araşdırmanın nəticələrində göstərilib. Qeyd olunub ki, KXDR-dən potensial təhlükə və Koreya yarımadasında gərginliyin diplomatik həlli üsullarına kifayət qədər inamın olmaması fonunda cənubi koreyalıların 76,6%-i hesab edir ki, bu ölkə öz nüvə silahının yaradılmasına başlamalıdır.

Belə ki, sorğu iştirakçılarının 72,4% hesab edir ki, ölkədə nüavə silahının yaradılması üçün bütün imkanlar mövcuddur. Respondentlərin 78,6%-i isə qeyd edib ki, Pxenyanın yeddinci dəfə nüvə sınaqları keçirməsi ehtimalı var.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti