Avropa İttifaqında dərman çatışmazlığı yaranıb
![Avropa İttifaqında dərman çatışmazlığı yaranıb Avropa İttifaqında dərman çatışmazlığı yaranıb](https://azvision.az/photos/derman-derman-aptek_1513924779.jpg)
Eyni zamanda, ölkələrin 75%-də 2022-ci ilin qışından dərman təchizatı ilə bağlı vəziyyət xeyli pisləşib. Dörd ölkədə dərman çatışmazlığı ölümlə nəticələnib. Almaniyada 408, Avstriyada 600-dən çox dərman çatışmazlığı, İtaliyada 3 mindən çox dərmanın tədarükü ilə bağlı çətinliklər var.
Dərman qıtlığı fonunda tənəffüs xəstəliklərinin mövsümi dalğasının daha erkən başladığı və 2022-2023-cü ilin qışında adi haldan daha güclü olduğu qeyd edilir. İnflyasiya və artan enerji qiymətlərinin dərman təchizatının pozulmasına səbəb olduğu güman edilir.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: