"Putinin Ukraynada qələbəsi avtoritar liderlər üçün təhlükəli mesaj ola bilər" - NATO

   "Putinin Ukraynada qələbəsi avtoritar liderlər üçün təhlükəli mesaj ola bilər" -    NATO
  31 Yanvar 2023    Oxunub:985
Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın uğuru bütün dünyada avtoritar liderlər üçün təhlükəli mesaj ola bilər.
AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Tokionun yaxınlığında olan Sayama prefekturasındakı Yaponiyanın özünümüdafiə qüvvələrinin İruma hərbi bazasına səfəri zamanı deyib.

"Prezident Vladimir Putin Ukraynada qalib gəlsə, bu, ukraynalılar üçün faciə olacaq və eyni zamanda, bütün dünyada avtoritar liderlərə çox təhlükəli mesaj verəcək. Mesaj belə olacaq ki, onlar hərbi güc tətbiq etsələr, öz məqsədlərinə nail ola bilərlər”, - deyə o bildirib.

Qeyd edək ki, Stoltenberq Yaponiyada rəsmi səfərdədir. Gün ərzində o, Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşəcək. Ötən həftə sonu NATO-nun baş katibi Cənubi Koreyaya da səfər edib və burada ölkə rəhbərliyi ilə bir sıra ikitərəfli görüşlər keçirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti