Paşinyan Putinə zəng edib
![Paşinyan Putinə zəng edib Paşinyan Putinə zəng edib](https://azvision.az/photos/2023/01/1076625-1675174067.jpg)
Qeyd edilir ki, Paşinyan Laçın dəhlizi ilə bağlı "humanitar böhran"a toxunub, bunun aradan qaldırılması üçün Rusiya Federasiyası tərəfindən lazımi addımların atılmasının vacibliyini vurğulayıb.
Tərəflər bu kontekstdə Rusiyanın Azərbaycanın Qarabağ bölgəsindəki sülhməramlı missiyasının fəaliyyətini müzakirə ediblər.
Hər iki ölkə rəhbəri 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli sazişlərin icrasına da toxunublar.
Tural Tağıyev
AzVision.az