İran İsfahanı vuran PUA-nın mənşəyini tapdığını iddia edir

 İran İsfahanı vuran PUA-nın mənşəyini tapdığını iddia edir
  31 Yanvar 2023    Oxunub:711
İranın təhlükəsizlik qüvvələri Müdafiə Nazirliyinin İsfahan şəhərindəki obyektini vuran pilotsuz təyyarələrin istehsalçısını müəyyənləşdirib.
AzVision.az xəbər verir ki, bu barədə ISNA agentliyi İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxın mənbələrə istinadən məlumat yayıb.

Maraqlıdır ki, ortaya iddia qoyan agentlik istehsalçının adını çəkməyib.
"İsfahanda Müdafiə Nazirliyinin hərbi obyektinə hücum zamanı partlayan pilotsuz təyyarələrdən birinin hissələrinin texniki ekspertizası təhlükəsizlik orqanlarına dəyərli məlumatlar verib. Pilotsuz təyyarənin gövdəsinin komponentlərinin təhlili, onun mühərrikləri, güc və naviqasiya sistemləri və onların mövcud nümunələrlə müqayisəsi nəticəsində dronların istehsalçısı dəqiq müəyyən edilib”, - deyə məlumatda bildirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti