Lavrov Ceyhun Bayramova zəng edib

   Lavrov Ceyhun Bayramova zəng edib
  31 Yanvar 2023    Oxunub:667
Yanvarın 31-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər Laçın yolundakı vəziyyəti müzakirə ediblər.

Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaları əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının bütün treklər üzrə ritmik işin bərpasının vacibliyi vurğulanıb.

Bu kontekstdə Rusiya tərəfinin Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin rəhbərləri arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazır olduğu təsdiqlənib.

AzVision.az



Teqlər:





Xəbər lenti