İrəvanda baş nazir və prezidentə silah verilməsi məsələsi tənzimlənəcək
![İrəvanda baş nazir və prezidentə silah verilməsi məsələsi tənzimlənəcək İrəvanda baş nazir və prezidentə silah verilməsi məsələsi tənzimlənəcək](https://azvision.az/photos/2023/02/TAT_7862888888-1675244691.jpg)
Onlara silah və döyüş sursatı dövlət mühafizəsində olan şəxslərin müraciəti əsasında polis tərəfindən veriləcək.
Dövlət mühafizəsi altına alınan şəxsin səlahiyyətləri başa çatdıqdan sonra üç gün müddətində silah və sursat polisə qaytarılmalıdır.
Qeyd edək ki, dövlət mühafizəsi Ermənistan prezidenti, baş naziri və parlamentin sədrinə verilir.
Baş nazirin sərəncamı ilə digər dövlət vəzifəli şəxslərin, ictimai, siyasi, din xadimlərinin dövlət mühafizəsi təmin edilə bilər.
Tural Tağıyev
AzVision.az
Teqlər: Silah