Ukraynada Dövlət Gömrük Xidmətinin rəisi və müavinləri işdən çıxarıldı

Ukraynada Dövlət Gömrük Xidmətinin rəisi və müavinləri işdən çıxarıldı
  01 Fevral 2023    Oxunub:572
Ukraynada Dövlət Gömrük Xidmətinin rəisi vəzifəsini icra edən Vyaçeslav Demçenko tutduğu vəzifədən azad edilib.
AzVision.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə xalq deputatı Aleksey Qonçarenko bildirib.

O qeyd edib ki, Demçenkonun müavinləri - Aleksandr Şutski və Ruslan Çerkaski də işdən çıxarılıb.

Məlumata görə, onların vəzifələrindən azad edilməsi qərar bu həftənin əvvəlində verilib.

Bu gün Nazirlər Kabineti sözügedən qərarı təsdiqləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti