Rusiya əhalisi azalıb

Rusiya əhalisi azalıb
  01 Fevral 2023    Oxunub:611
Rusiya əhalisinin sayı 2022-ci il yanvarın 1-i ilə müqayisədə 2023-cü il yanvarın 1-də 555 332 nəfər azalaraq 146 424 729 nəfər təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, hesabatda ilhaq olunan Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin əhalisinin sayı nəzərə alınmayıb.

Statistika Komitəsinin metodologiyasında qeyd edilib ki, əhalinin sayı son siyahıyaalınmanın nəticələrinə əsasən hesablanır. Ona hər il ərazidə doğulanların, gələnlərin sayı əlavə olunur, ölənlərin və ərazidən gedənlərin sayı çıxılır.

Odur ki, bu statistik göstəricidə Rusiya ərazisinə köçməyə məcbur olmuş Ukrayna vətəndaşları, (o cümlədən döyüş bölgəsindən evakuasiya etmək üçün başqa imkanları olmayan) döyüş zamanı həlak olmuş ölkə vətəndaşlarının sayı nəzərə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti