Ursula Fon der Lyayen, Borell və 14 Avropa komissarı Kiyevdə - FOTO

  Ursula Fon der Lyayen, Borell və 14 Avropa komissarı Kiyevdə -    FOTO
  02 Fevral 2023    Oxunub:722
Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borell və 14 əsas Avropa komissarı fevralın 3-də keçiriləcək Aİ-Ukrayna sammitindən əvvəl Ukrayna hökuməti ilə birgə görüş keçirmək üçün cümə axşamı Kiyevə gəliblər.
AzVision.az xəbər verir ki, bu barədə Borell tviterdə yazıb. “Biz Kiyevə Avropa İttifaqının bütün ukraynalılara dəstəyinin ən güclü siqnalını çatdırmaq üçün gəldik”, - deyən Borell münaqişənin başlanğıcından bəri Aİ-nin Kiyevə yardımının 50 milyard avro təşkil etdiyini qeyd edib.

“Biz Aİ-nin Ukraynanın yanında həmişəkindən daha möhkəm olduğunu göstərmək üçün buradayıq. Biz dəstəyimizi və əməkdaşlığımızı daha da dərinləşdirəcəyik”, - Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tviterdə yazıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti