Finlərin əksəriyyəti NATO məsələsində İsveçi gözləmək istəmir

  Finlərin əksəriyyəti NATO məsələsində İsveçi gözləmək istəmir
  02 Fevral 2023    Oxunub:599
Finlərin əksəriyyəti İsveçlə bağlı qərarı gözləmədən ölkənin NATO-ya daxil olması prosedurunu davam etdirməyi zəruri hesab edir.
AzVision.az xəbər verir ki, bunu "Taloustutkimus" şirkətinin ictimai rəy sorğusunun məlumatları sübut edir.

Respondentlərin 53%-i bu ölkənin NATO-ya qəbul prosesinin yubanacağı təqdirdə Finlandiya İsveçi gözləməlidirmi sualına mənfi cavab verib. Rəyi soruşulanların yalnız 28%-i bildirib ki, Finlandiya İsveç olmadan NATO-ya daxil olmamalıdır. Yanvarın 30-dan fevralın 1-dək keçirilən sorğuda 1021 nəfər iştirak edib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Helsinki adekvat mövqe tutacağı təqdirdə Ankara Finlandiyanın NATO-ya üzv olmaq müraciətinə müsbət cavab verəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti