Avropada 30-dan çox bankomatı partladan qruplaşma saxlanılıb
![Avropada 30-dan çox bankomatı partladan qruplaşma saxlanılıb
Avropada 30-dan çox bankomatı partladan qruplaşma saxlanılıb](https://azvision.az/photos/2023/02/1675363296.jpg)
“Ümumilikdə 9 nəfər saxlanılıb. 16 obyektdə axtarış aparılıb. Keçirilən reydlər zamanı 4 kq partlayıcı maddə, cinayət törədilməsində istifadə olunmuş bir avtomobil, bir neçə telefon, nağd pul, elektroşoker, əlcəklər, lomlar, çəkiclər, naviqasiya avadanlığı, radiotezlik skaneri və müxtəlif qiymətli əşyalar aşkar olunaraq müsadirə edilib”, - təşkilatdan bildirilib.
İstintaq müəyyən edib ki, cinayətkarlar bankomatları partlatmaq və oradan nağd pul çıxarmaq üçün Niderlanddan Almaniyaya gediblər. Onlar bir dəfəyə 250 min avroya qədər pul əldə edə bilirdilər. 2021-ci ildən fəaliyyət göstərən qruplaşma bu yolla azı 31 bankomatı partladıb və onlardan azı 3,4 milyon avro ələ keçiriblər. Binalara dəymiş ziyan və sıradan çıxmış bank avadanlıqlarını da nəzərə alsaq, qruplaşmanın fəaliyyətlərindən dəyən ümumi zərər 4 milyon avrodan çox olub.
AzVision.az
Teqlər: