Dəryaz bir ailəni məhv etdi

Dəryaz bir ailəni məhv etdi
  18 May 2014    Oxunub:2305
Hadisə təkcə bir ailəni yox, bütün Lənkəranı sarsıdıb
Bu gün Lənkəranda baş verən faciə təkcə bir ailəni yox, bütün rayonu sarsıdıb.
Hadisə Bəliton kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Ələddin Əfladdin oğlu Zamanov ot biçərkən ehtiyatsızlıqdan dəryaz onun qarın boşluğuna batıb. Atası zərərçəkəni Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırmaqdan ötrü dərhal “UAZ” markalı avtomobilə əyləşərək yola düşüblər. Maşın sürət həddini aşdığından, qarşıdakı döngələrin birində körpüdən aşıb.

Nəticədə kənd sakini, 1958-ci il təvəllüdlü Əfladdin Xanağa oğlu Zamanov aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Maşındakı sərnişinlərdən qarın boşluğuna dəryaz batmış Əflatun Zamanovla birlikdə daha 4 nəfər - 1955-ci il təvəllüdlü Kişvər Yəhya qızı Ağayeva, 1994-cü il təvəllüdlü Seyfəddin Ağaddin oğlu Ağazadə, 1990-cı il təvəllüdlü Alim Əfladdin oğlu Ağayev, 1990-cı il təvəllüdlü Şəfəq Cəsail qızı Zamanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran MRX-ya yerləşdiriliblər.

Yaralıların hamısına müvafiq tibbi yardım göstərilib. Qarın boşluğuna dəryaz batmış Əflatun Zamanovun üzərində isə cərrahiyyə əməliyyatı aparılır. Faktla bağlı rayonun hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar (ANS-Press).


Teqlər:  





Xəbər lenti