Rusiya səfiri: "Bu gedişlə dəlilik edib Kiyevə təyyarə də verəcəklər"
Xatırladaq ki, ABŞ bir müddət öncə Ukraynaya 2,2 milyard dollarlıq hərbi yardım paketini açıqlamışdı. Yeni hərbi yardım paketinə hava hücumundan müdafiə vasitələri, HIMARS üçün uzaqmənzilli raketlər və uzaqmənzilli GLSDB mərmiləri daxildir. Pentaqon bildirib ki, ABŞ Krımda zərbələr endirmək üçün uzaqmənzilli mərmilərdən istifadə imkanını Kiyevin ixtiyarına verir.
"Vaşinqton Rusiyanı strateji məğlubiyyətə uğratmaq istəyində heç bir sərhəd görmür. Kiyev rejiminə getdikcə daha güclü silahların verilməsi Birləşmiş Ştatlar tərəfindən münaqişənin qəsdən gərginləşməsi deməkdir. Administrasiya demək olar ki, hər şeyi "Ukrayna kartı"nın üzərinə qoyub: özünün beynəlxalq nüfuzun, amerikalı vergi ödəyicilərinin pulları və ukraynalı əsgərlərin həyatını", - Antonov sosial şəbəkədə qeyd edib.
Yüksək səviyyəli diplomat onu da vurğulayıb ki, belə bir sürətlə ABŞ Ukraynaya döyüş təyyarələri vermək kimi “mütləq dəlilik”lərə də əl ata bilər.
Tural Tağıyev
AzVision.az